Siyasət

Aİ və Azərbaycan nə barədə razılığa gəlib?

18 İyul 2022 19:25
Baxış: 861

Aİ və Azərbaycan elektrik ötürücü xətlərin inkişafının öyrənilməsinin vacibliyini vurğulayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Avropa Komissiyasının təmsil etdiyi Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sektorunda strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu"nun mətnində deyilir.

Hər iki tərəfin bərpa olunan enerji potensialından maksimum səmərəli istifadə etmək və bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalına, eləcə də onunla ticarətə dəstək olmaq üçün tərəflər Aİ arasında elektrik ötürücü xətlərin inkişafının öyrənilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Tərəflər, həmçinin, təhlükəsiz və dayanıqlı enerji texnologiyalarını inkişaf etdirmək və "yaşıl enerji"dən istifadəni təşviq etmək, iqlimə qarşı neytral həllər tapmaq üçün innovativ ideyaları müəyyən etmək üçün əməkdaşlıq etməyə çalışırlar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.