Siyasət

Zelenski Ukraynada müharibənin bitəcəyi vaxtı açıqladı

9 İyul 2022 08:48
0 Şərh     Baxış: 1 224

"Kiyevə vaxtında hərbi yardımın göstərilməsi hərbi əməliyyatları 2022-ci ilin sonuna qədər başa çatdırmağa imkan verəcək".

Bunu CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, tərəfdaşlardan güclü silahlar vaxtında Ukraynaya çatdırılarsa, ölkəsi 2022-ci ilin sonuna qədər çox şeyə nail ola və müharibəni dayandıra bilər.

Ukrayna lideri ABŞ Prezidenti Cozef Baydenin ölkəsinə səfər edəcəyinə də ümid etdiyini bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.