Prezident İlham Əliyev və Şarl Mişel arasındakı şəxsi münasibətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial görürəm - Toivo Klaar
Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasındakı şəxsi münasibətlərdə ikitərəfli əməkdaşlığımızın bütün aspektlərinin daha da inkişaf etdirilməsi üçün böyük potensial görürəm.
Milli.Az bildirir ki, bunu Trend-ə özəl müsahibəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.
"Aİ ilə Azərbaycan arasında əlaqələr genişlənir. Ümid edirəm ki, yaxın gələcəkdə yeni razılaşma imzalaya biləcəyik. Beynəlxalq münasibətlərin hazırkı mənzərəsinə və nəqliyyat dəhlizlərinin necə formalaşdığına nəzər salsaq, görərik ki, əhəmiyyəti getdikcə artan "Orta Dəhliz" çərçivəsində Cənubi Qafqaz və xüsusilə Azərbaycan getdikcə artan rol oynayır. Hesab edirəm ki, bu, Avropa İttifaqı üçün də böyük maraq doğurur, çünki Azərbaycan Şərqlə Qərb arasında ticarətdə əsas rol oynayır. Bu sahədə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr növbəti illərdə yalnız möhkəmlənəcək. Təbii ki, biz enerji sahəsində də əməkdaşlıq edirik. Amma daha önəmlisi, mən Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasındakı şəxsi münasibətlərdə ikitərəfli əməkdaşlığımızın bütün aspektlərinin daha da inkişaf etdirilməsi üçün böyük potensial görürəm", - deyə T.Klaar bildirib.
Aİ-nin xüsusi nümayəndəsi hesab edir ki, Şarl Mişel Azərbaycan və Ermənistan arasında sülhün qurulması prosesində bundan sonra da şəxsən və çox fəal formada iştirak edəcək.
"Ümid edirəm ki, biz gələcəkdə [Azərbaycan və Ermənistan] liderləri arasında yeni görüşlərin keçirildiyini görəcəyik, çünki bu format həqiqətən vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Prezident Şarl Mişel bir sıra mühüm məsələləri müzakirə edib irəliləyişə nail olublar. Bu, Aİ-nin müxtəlif məsələlərin həlli üçün diqqət yetirəcəyi əsas formatlardan biridir. Eyni zamanda, digər səviyyələrdə də işimizi davam etdirəcəyik. Mən şəxsən öz komandamla, eləcə də prezident Mişelin ofisindən olan həmkarlarımla birlikdə müzakirə olunan bütün vacib məsələlərin həlli üçün mütləq həm Bakı, həm də İrəvanla qarşılıqlı əlaqədə olacağam. Söhbət sülh sazişindən, kommunikasiyaların bərpasından, sərhəddən gedir. Aİ-nin kömək etmək məqsədilə fəal iştirak etdiyinə və bundan sonra da iştirak edəcəyinə inandığım bir çox vacib məsələlər var", - deyə T.Klaar bildirib.
Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına gəlincə, T.Klaar vurğulayıb ki, Aİ bu məsələnin həllində artıq yardım əlini uzadıb.
"Amma təbii ki, biz bununla fəal məşğul olmağa davam edəcəyik. Qeyd etmək istərdim ki, liderlərin mayın 22-də keçirilən son görüşündə bu məsələ müzakirələrin mühüm tərkib hissəsi idi. Liderlər müəyyən mühüm razılaşmalar əldə etdilər və bu razılaşmalar bu məsələni həll etmək üçün keçən ay Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin görüşündə müzakirələrin əsasını təşkil etdi. Bu, Azərbaycan üçün əsas məsələdir çox vacib məsələdir və təbii ki, Aİ və Ermənistan üçün də son dərəcə vacibdir. Və mən əminəm ki, yaxın gələcəkdə bu çox vacib məsələnin həllini tapıb irəliləmək mümkündür, çünki bu, bütün iştirakçılar üçün təbii maraq kəsb edir. Aİ bu məsələnin həllinə böyük diqqət yetirməyə davam edəcək", - deyə T.Klaar bildirib.
Aİ-nin xüsusi nümayəndəsi vurğulayıb ki, Aİ işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesində də Azərbaycana dəstəkləməyə davam edəcək.
"Bu, əlbəttə ki, böyük vəzifədir və Azərbaycan buna artıq böyük məbləğlər yatırıb. Hələ ərazilərin təmizlənməsi üzrə görüləcək çox iş var. Aİ bu prosesi dəstəkləyən ən böyük beynəlxalq donordur. Minalar problemi sonda həll olunmalıdır ki, insanlar öz torpaqlarına qayıda bilsinlər. Bunun üçün çoxlu maliyyə resursları, insan resursları, texnika lazım olacaq. Dediyim kimi, Aİ bu sahədə ən böyük donordur və biz bu prosesi sürətləndirmək, əraziləri [minalardan] ən qısa zamanda təmizləmək və insanların öz evlərinə qayıtmasına imkan yaratmaq üçün Azərbaycana bütün aspektlərdə dəstəkləməyə davam edəcəyik", - deyə T.Klaar bildirib.
Aİ-nin xüsusi nümayəndəsi hesab edir ki, Ermənistan və Azərbaycan arasında nəqliyyat infrastrukturunun və kommunikasiyaların bərpas daha çox investorları regiona cəlb edəcək.
"Bundan əlavə, gələcəkdə biz Cənubi Qafqazın üç ölkəsi arasında müxtəlif sahələrdə, istər enerji sahəsində, istər su ehtiyatlarının idarə olunmasında, istərsə də turizmin birgə təşviqində daha geniş əməkdaşlıq qura biləcəyimiz üçün, bu, regionun hər üç ölkəsinə fayda verəcək. Hesab edirəm ki, indi getdiyimiz yol Azərbaycan, Ermənistan və bütün region, daha sonra isə Aİ üçün böyük perspektivlər açır, çünki hər üç ölkə bizim mühüm qonşularımızdır. Sözsüz ki, biz qonşularımıza ən yaxşısını arzulayırıq", - deyə T.Klaar əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür - (Video)
XƏBƏR LENTİ
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)





