Siyasət

Müharibədə həlak olan ukraynalı idmançıların sayı açıqlanıb

3 İyul 2022 22:08
0 Şərh     Baxış: 822

"Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibəsi zamanı 89 ukraynalı idmançı və məşqçi həlak olub, 13-ü əsir götürülüb".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Ukrayna P0ezidenti Volodimir Zelenski Kiyevdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla birgə mətbuat konfransında deyib.

"Bir çox ukraynalı idmançı dövlətimizi döyüş meydanında müdafiə etmək üçün Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulub. Döyüş əməliyyatları nəticəsində 89 idmançı və məşqçi həlak olub. 13 nəfər əsir götürülüb və Rusiya əsirliyindədir", - Ukrayna lideri deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics