Siyasət

"Ermənistan tərəfi ehtiyatlı olmalıdır" - Abramyan

2 İyul 2022 19:21
2 Şərh     Baxış: 2 492

Laçın şəhəri, Sos və Zabux kəndləri ətrafında vəziyyət yeni toqquşmaya səbəb ola bilər.

Bu iddia ilə Ermənistan parlamentinin deputatı, hərbi ekspert Tiqran Abramyan çıxış edib.

Abramyan iddia edir ki, 10 noyabr razılaşmasında Laçın dəhlizinin yeni marşrutunun istifadəyə verilməsindən sonra Zabux və Sos kəndlərinin Azərbaycana təhvil veriləcəyi qeydi yoxdur: "Ermənistan tərəfi bundan istifadə etməli və Laçın şəhərində, eləcə də bu iki kənddə "erməni icması"nın qalmasına çalışmalıdır. Lakin bunu ehtiyatla etməliyik, çünki vəziyyət yeni toqquşma həddindədir".

Onun sözlərinə görə, Azərbaycan sona qədər gedəcək və yeni yolun istifadəsindən sonra bu ərazilərə nəzarəti bərpa etmək üçün hər şey edəcək.

"Yeni toqquşma baş verərsə, itkilər qaçılmaz olacaq. Ermənistan tərəfi ehtiyatlı olmalıdır", - Abramyan çağırış edib.

Milli.Az

 

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Aaaaaa... ( · 2 İyul 19:2910

    Laçın bizdə deyil ki? (((((

    Cavab yaz
    • Anonim
      h · 3 İyul 15:5700

      rayon bizdedi ama sheherin ozu dehlizde olduguna gore sulhmeramlilar nezaret edir

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics