Siyasət

Daha 7000 nəfərdən artıq şəxsə "Müharibə veteranı" adı veriləcək

30 İyun 2022 15:30
1 Şərh     Baxış: 1 400

Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən 7000 nəfərdən artıq vətəndaşın da Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşdırılaraq sənədləri "Müharibə veteranı" adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, arayış-məlumatları göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları "Müharibə veteranı" adının verilməsi üçün "Zəfər" altsisteminə daxil ediləcəkdir.

Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə "Müharibə veteranı" adı verilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.