Siyasət

Çexiya Ukraynaya kəşfiyyat dronları verəcək

30 İyun 2022 08:00
0 Şərh     Baxış: 287

Çexiya Ukraynaya kəşfiyyat məqsədilə istifadə olunan "Bivoy" hərbi pilotsuz təyyarələri verəcək.

"Report"un xəbərinə görə, bu barədə Çexiyanın "ChTK" nəşri məlumat yayıb.

Qeyd olunur ki, pilotsuz təyyarələrin əsas vəzifəsi Ukrayna artilleriyasını məlumatlarla təmin etmək olacaq.

Eyni zamanda, PUA-nın özü yüksək dəqiqlikli videomüşahidə kamerası ilə təchiz olunub və çəkisi təxminən 25 kiloqramdır.

Ukrayna hərbçiləri artıq yeni texnikanın istifadəsi üzrə təlim keçiblər.

Bundan əvvəl Çexiya Rusiya və Belarus vətəndaşlarına viza və müvəqqəti yaşamaq icazəsinin verilməsini dayandırıb. Qadağa azı 2023-cü ilin mart ayının sonuna qədər qüvvədə olacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.