Siyasət

Rusiyalı həmsədr amerikalı həmkarı ilə Qarabağı müzakirə etməkdən imtina etdi

28 İyun 2022 11:15
Baxış: 1 183

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Qarabağla bağlı müzakirənin keçirilməsinə dair amerikalı həmkarının təklifini qəbul etməyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun "Twitter" hesabında məlumat verilib.

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bu gün həmkarları ilə Qarabağın gələcəyini müzakirə etmək üçün danışıb. Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etməyib", - qeyd olunub.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib ki, Minsk qrupu fəaliyyətini dayandırıb və bunun təşəbbüskarı ABŞ-la Fransa olub.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.