Siyasət

ATƏT Minsk qrupu öz mövcudluğunu dayandırıb - Lavrov

24 İyun 2022 13:41
Baxış: 1 225

Bu gün biz danışıqlarda prinsipcə, ATƏT-in Minsk qrupunu müzakirə etmədik. Çünki Minsk qrupu öz fəaliyyətini dayandırıb.

Milli.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, Minsk qrupu ABŞ və Fransanın təşəbbüsü ilə fəaliyyətini dayandırıb:

"Lakin əlbəttə ki, biz postmünaqişə nizamlanması prosesini müzakirə etdik. Bu prosesin bazası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarıdır. Bu bəyanatlar hamı tərəfindən yerdə qalan məsələlərin həlli istiqamətində hərəkət etmək üçün əsas kimi tanınır".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.