Siyasət

"Azərbaycanda rus dilinə göstərilən diqqəti qiymətləndiririk" - Sergey Lavrov

23 İyun 2022 21:29
Baxış: 1 137

"Biz Azərbaycanda rus dilinə göstərilən diqqəti qiymətləndiririk".

Bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Rusiyalı nazir bildirib:

"Diplomatik münasibətlərin yaradılmasının 30-cu ilində də sanballı tədbirlər proqramı həyata keçirilir. İyirmidən çox müxtəlif tədbir planlaşdırılır, onların bir qismi artıq təşkil edilib, qalanları ilin sonunadək keçiriləcək. Bu tədbirlər bizim vətəndaşlar tərəfindən yaxşı qarşılanır. Bu, xalqlarımızın qarşılıqlı olaraq bir-birinə can atmasını, mədəniyyətlərimizin, tarixi yaddaşımızın ümumiliyini vurğulayır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.