Fransa XİN ilə siyasi məsləhətləşmələr keçirilib
21 iyun 2022-ci il tarixində Fransanın paytaxtı Paris şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyi (XİN) arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycan XİN-dən bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa idarəsinin direktoru Frederik Mondoloni rəhbərlik edib.
Danışıqlar zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq, regional məsələlər, Azərbaycanın Avropa dövlətləri və Avropa İttifaqı ilə münasibətləri müzakirə edilib. Tərəflər, bölgədəki cari vəziyyət, üçtərəfli bəyanatların icrası, post münaqişə kontekstində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Parisə səfəri çərçivəsində nazir müavini Xələf Xələfov, həmçinin Fransa Senatının Xarici işlər, müdafiə və silahlı qüvvələr komissiyasının sədr müavini Joel Qerrio ilə, habelə Fransa Şirkətlər Hərəkatına (MEDEF) daxil olan aparıcı fransız şirkətləri təmsilçiləri, beyin mərkəzləri və Fransanın elmi, siyasi dairələrinin nümayəndələri ilə görüşlər keçirib. Görüşlər zamanı beynəlxalq və regional məsələlər, Fransa şirkətlərinin Cənubi Qafqazda sülh prosesləri nəticəsində yarana biləcək yeni nəqliyyat və logistika infrastrukturun formalaşdırılmasında, xüsusən də Azərbaycanda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə bərpa işlərində iştirak imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
XƏBƏR LENTİ
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub





