Xankəndi sülhməramlılardan təhvil alınır? - Rusiya şəhəri xəritədən sildi
"44 günlük müharibədən sonra Rusiya sülhməramlıları Qarabağdakı müvəqqəti nəzarət zonasına daxil olduqdan sonra, xəritələrlə bağlı bir neçə dəfə anlaşılmaz addımların şahidi olmuşuq. Onun da şahidi olmuşuq ki, mütəmadi olaraq sülhməramlılarıən Qarabağda yerləşdikləri müvəqqəti nəzarət zonası ilə bağlı xəritə mütəmadi olaraq yenilənir".
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.

O bildirib ki, sülhməramlıların Xankəndidən çıxarılması üçün bütün addımları atılacaq:
"Hər dəfə sülhməramlıların bu xəritə məsələsi ictimailəşdiriləndə, orada hansısa bir dəyişiklik olanda biz başlayırıq bunu müzakirə etməyə. Bu, bir növ Rusiyanın Azərbaycanın informasiya sahəsinə eyni zamanda təsir mexanizmidir. Yaddan çıxarmayaq ki, bu dəyişikliklər Rusiyanın Müdafiə Nazirliyinin saytında təqdim olunur.
Faktiki olaraq hazırda dünya müharibəsi gedir. Bunun regiona da təsiri var, ən azı informasiya sahəsində... Əgər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hər hansı bir xəritəni şərh edibsə, - misal üçün, elə Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunan xəritə olsun, - o zaman biz buna istinadən nəyisə müzakirə edək. Yoxsa, hazırda heç Azərbaycan MN-i öz şərhini vermədən mən istəməzdim ki, rusların hər bir addımını əhəmiyyətləşdirim. Mənim mövqeyim belədir.

Çünkü orada həm doğru məlumatlar olur, həm yalan məlumatlar yerləşdirilir. Son 2 il ərzində şahidi olmuşuq ki, bir-iki dəfə hansısa xəritələri dərc edib, sonradan dəyişiblər. Ona görə bu xəritə məsələsinə biraz təmkinli yanaşmaq lazımdır.
Xankəndi ilə bağlı mən əminəm ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan diplomatiyasının davranışı, ilk növbədə Azərbaycanın dövlət başçısının mesajları, eyni zamanda Silahlı Qüvvələrin davranışı, Komandanlığın həyata keçirtdiyi əməliyyatlar - həm işğaldan azad olunan istiqamətlərdə, həm dövlət sərhəddində, bütün bunlar Rusiya sülhməramlılarının bu fəaliyyətsilziyi ilə müqayisə olunsa mən əminəm ki, indi olmasa da hər hansı bir xəritə dərc olunsa da, olmasa da bu 5 illik müddət ki, var, ona 6 ay qalmış (3 ilə yaxın müddət qalıb- red.) Azərbaycan tərəfi Rusiya sülhməramlılarının oradan çıxarılması üçün bütün addımları atacaq".

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların nəzarət zonasını əks etdirən xəritəsindən Xankəndinin adı silinib. 21 iyun və 20 iyun tarixlərinə aid olan xəritələrdə Xankəndinin adı qeyd olunmur. Halbuki, 19 iyun tarixinə qədər olan xəritələrdə Xankəndi "stepanakert" olaraq yazılırdı. Nəzərinizə çatdırım ki, Rusiya Müdafiə Nazirliyi xəritəni sonuncu dəfə 21 iyun 2022-ci il tarixində yeniləyib.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
XƏBƏR LENTİ
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqunun (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)





