Rusiyadan təhlükəli addım - NATO ölkəsinin hava məkanına müdaxilə
Rusiya sərhəd qoşunlarına məxsus helikopter Estoniyanın hava məkanını pozub.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Estoniya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilib ki, iyunun 18-də axşam saatlarında Rusiyanın "Mi-8" helikopteri ölkənin cənub-şərqində, Koydula rayonu yaxınlığında Estoniyanın hava məkanını pozub.
Pozuntu iki dəqiqəyə yaxın davam edib və təyyarənin uçuş planı Estoniyanın aidiyyəti orqanları ilə razılaşdırılmayıb. Həmçinin qeyd edilib ki, vertolyotun pilotu Estoniya tərəfi ilə əlaqə saxlamayıb.
Hadisə ilə bağlı Rusiya səfiri Estoniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona nota təqdim edilib.
Yanvarın sonunda da Estoniya Baş Qərargahı Rusiya Hərbi Hava Qüvvələrinin təyyarəsini Vayndlo adası yaxınlığında ölkənin hava məkanını pozmaqda ittiham edib. Məlumatına görə, qırıcı bir dəqiqədən az müddətə Estoniya hava məkanında olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib
-
WUF13-də Bakı Şəhərsalma Mükafatı təsis edilib - FOTO
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub - FOTO
-
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
-
Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək - YENİLƏNİB - FOTO
-
Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib
XƏBƏR LENTİ
-
Ürək sağlamlığı üçün həftədə nə qədər idman etmək lazımdır?
-
Nə paltaryuyan, nə soyuducu: sobadan daha çox elektrik işlədən cihaz
-
Son dövrün ən çox danışılan super meyvəsi: aronya nədir?
-
Ançelottidən Neymara ciddi şərtlər
-
Yerli əhali ona 'cəhənnəm qapısı' deyir: hər il bir az da böyüyür
-
"Hələ qərar verilməyib, görək, həyat yoldaşım nə deyəcək?"
-
“Uzak Şehir”də növbəti ayrılıq
-
Kartofları təptəzə saxlamağın üsulu
-
Günün qoroskopu: Sizi daşınmaz əmlak alqı-satqısı gözləyir
-
Fərda efirdə ağladı
-
"EFES - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə mərhələsi keçirilib - FOTO
-
ABŞ və İran arasında növbəti danışıqların tarixi açıqlandı
-
Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib
-
İçi şokoladlı peçenye resepti
-
Tacir Şahmalıoğlunun oğlunun toyundan görüntülər - VİDEO
-
“Brent” nefti ucuzlaşdı
-
Pezeşkian: Müharibənin qarşısını almaq üçün bütün yolları araşdırmışıq
-
Səhvən Kralın ölüm xəbərini yaydılar
-
Rusiya Ermənistandan bu məhsulun idxalını məhdudlaşdıracaq
-
Azərbaycanda yasda kütləvi zəhərlənmə - YENİLƏNİB
-
İtaliyadan Okan Buruka nəhəng müştəri var
-
Haluk Levent xəstəxanaya yerləşdirildi
-
Gələcəyi bilmək, yoxsa gələcəyi yaratmaq? Özünüdoğrulayan peyğəmbərlik effekti
-
Xəzərdə zəlzələ oldu





