Prezident: Biz xalqlarımızı inkişaf yolu ilə aparırıq
Biz xalqlarımızı inkişaf yolu ilə və sıx qarşılıqlı fəaliyyət yolu ilə aparırıq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Özbəkistanda dövlət səfərində olan Prezident İlham Əliyev Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Şavkat Miromonoviçin düzgün olaraq qeyd etdiyi kimi, Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. Onun oğlu kimi, canlı şahid kimi təsdiq edə bilərəm ki, 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi. Şavkat Miromonoviç ilə biz də bu şanlı estafeti davam etdiririk. Biz xalqlarımızı inkişaf yolu ilə və sıx qarşılıqlı fəaliyyət yolu ilə aparırıq.
Mənim bugünkü dövlət səfərim təkcə bizim niyyətlərimizin təsdiqi deyil, həm də qardaşlıq, dostluq münasibətlərimizin möhkəm təməlinin təsdiqidir. Özbəkistanda Heydər Əliyevin özbək xalqına, Özbəkistana münasibətini çox yaxşı bilirlər. Bu gün biz mənim qardaşım Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanı müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlət kimi görməyə çox şadıq. Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanın müstəqilliyinin, müdafiə qabiliyyətinin, iqtisadi potensialının möhkəmlənməsi, sosial məsələlərin həlli, şəhərsalma sahələrində necə böyük uğurlar qazandığını görmək üçün son 5-6 ilə aid statistik rəqəmlərə baxmaq kifayətdir. Biz bütün bunları görürük və dostlar, qardaşlar kimi bütün bunlara görə sevinirik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
XƏBƏR LENTİ
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)





