Siyasət

Ruslar İzyumda qaz zavodunu raketlə VURDU

18 İyun 2022 21:42
0 Şərh     Baxış: 1 107

Xarkov vilayətinin İzyum rayonunda Rusiya ordusu qaz emalı zavodunu atəşə tutub.

Bu barədə Xarkov Vilayəti Hərbi Administrasiyasının sədri Oleq Sinegubov "Telegram"da məlumat verib.

Hadisə nəticəsəində genişmiqyaslı yanğının başladığı bildirilir.

"İzyum bölgəsində qaz emalı zavodunu atəşə tutulub. İlkin məlumatlara görə, ruslar ərazini bir neçə raketlə vurub. Yaşayış evlərinə ziyan dəyib. Genişmiqyaslı yanğın başlayıb", - deyə Oleq Sinegubov bildirib.

Hazırda xilasedicilər yanğının qarşısını almaq üçün iş aparır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.