Siyasət

"Prezident İlham Əliyev, məni şəhərdə baş verən inkişafla təəccübləndirdiniz" - Əhməd Əbül Geyt

16 İyun 2022 12:39
Baxış: 934

"Biz dünyanı sülhə gətirməliyik".

Bubu Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt iyunun 16-da "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

"Ukraynadakı müharibə dünyanı təlatümə salır. Biz də ərəb dövlətləri olaraq bundan əziyyət çəkirik. Artıq dünyanın qarşısında böyük problemlər ortaya çıxır. Hər bir davranışımıza görə məsuliyyət daşımalıyıq", - o bildirib.

Baş katib Azərbaycanla bağlı da təəssüratlarını bölüşüb: "Mən ilk dəfədir bu forumda iştirak edirəm. Bakıda bundan öncə də olmuşam. Amma Prezident İlham Əliyev, məni şəhərdə baş verən inkişafla təəccübləndirdiniz. Mən bu nailiyyətlərə də sizi təbrik edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.