Siyasət

Kadırov: "Kamışevaxin sakinləri rahat nəfəs ala bilərlər"

14 İyun 2022 22:44
0 Şərh     Baxış: 876

"Ukraynanın Kamışevaxin rayonunun tutulmasının son mərhələsi başa çatıb".

Teleqraf.com xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov Telegram kanalında bildirib.

Respublika başçısı həmçinin qeyd edib ki, çeçen döyüşçüləri mülki əhaliyə anlayış və rəğbətlə yanaşır, insanları təxliyə edir, onlara mümkün köməklik göstərirlər.

"Kamışevaxi sakinləri dərindən nəfəs ala bilərlər, çünki bundan sonra onlar Ukrayna işğalından azaddırlar. Əla iş üçün Zamid Çalayevə və alayın bütün şəxsi heyətinə təşəkkür edirəm!", - deyə siyasətçi əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.