Siyasət

Azərbaycan komandoları şərti düşməni zərərsizləşdirib - VİDEO

10 İyun 2022 13:07
Baxış: 774

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlimlər keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib.

Komandolar əməliyyat rayonunun dərinliyinə sızaraq müvəqqəti sığınacaqların mühasirəyə alınması və şərti düşmənin zərərsizləşdirilməsi tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər.

Keçirilən təlimlərin əsas məqsədi şəxsi heyətin dağlıq ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.