Siyasət

Zakir Həsənov Türkiyədə Nadim Raza ilə görüşdü - FOTO

9 İyun 2022 12:28
Baxış: 904

"Efes-2022'" çoxmillətli təlimini izləmək üçün Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini ziyarət edib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, sərgi əsnasında general-polkovnik Z.Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb.

Səmimi görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıqdan məmnunluq ifadə olunub, gələcək perspektivlər müzakirə edilib.

Daha sonra qonaqlar burada sərgilənən hərbi təyinatlı müasir silah və döyüş texnikası nümunələri ilə tanış olublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.