Siyasət

"Ukraynada müharibə danışıqlar masası arxasında bitəcək"

2 İyun 2022 23:22
0 Şərh     Baxış: 950

Ukraynadakı müharibə danışıqlar masası arxasında bitəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Ukraynanın NATO-nun əlavə dəstəyinə ehtiyacı olacaq.

Stoltenberq qeyd edib ki, müharibənin nəticəsini proqnozlaşdırmaq çətindir.

"Müharibələr öz təbiətinə görə gözlənilməzdir və buna görə də biz sadəcə olaraq uzunmüddətli dövrə hazır olmalıyıq. Ukraynalılar öz ölkələrini qorumaq üçün döyüş meydanında itki verir, lakin Rusiyada da itkilər var", - alyansın baş katibi bildirib.

Bundan əvvəl Ukrayna Prezidenti Volodmir Zelenski bildirib ki, Rusiya ölkənin təxminən 20%-ni işğal edib - 2 603 yaşayış məntəqəsinin azad edilməsinə ehtiyac var.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.