Siyasət

Şarl Mişel Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib - POLİTOLOQ DANIŞDI

1 İyun 2022 11:38
Baxış: 734

"Brüsseldə sayca 3-cü Azərbaycan-Ermənistan görüşü keçirilib. Görüş Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin rəhbərliyi ilə keçirilib. Şarl Mişel Azərbaycan Prezidenti ilə görüşüb və əvvəllər qəbul olunmuş qərarların icrası ilə maraqlanıb".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

"Bizim üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirdiyimiz üçün Şarl Mişel cənab Prezidentə öz təşəkkürünü bildirdi. Bu dəfə keçirilən görüşü də çox gərgin və Azərbaycan tərəfi üçün uğurlu qiymətləndirmək olar. Çünki bu görüş də yenə Azərbaycanın irəli sürdüyü 5 təklif üzərində aparılıb. Şarl Mişel yenidən iyul-avqust aylarında görüşün keçirilməsini bildirib.

Humanitar məsələlər, sərhədlərin delimitasiyası, itkin düşmüş insanların teliyi ilə bağlı müzakirələr aparılıb. Burada əsas məsələlərdən biri də sırf sərhədlərin delimitasiyası oldu. Görüşdən sonra da dərhal ölkəmizdə komissiyanın heyəti bəlli oldu. Eyni gün Ermənistanda da bu proses baş tutdu. Daha sonra baş nazirlər səviyyəsində də görüşlərin keçirilməsi planlaşdırılır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.