Paşinyan eyni vaxtda üç stulda oturmaq istəyir
Biz Azərbaycana öz strateji tərəfdaşımız kimi baxırıq və bu əlamətdar gündə Azərbaycan xalqına və Azərbaycan dövlətinə ən səmimi təbriklərimizi, ən xoş arzularımızı çatdırırıq.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu "Milli müdafiə" jurnalınının baş redaktoru İqor Korotçenko deyib.
Ekspert Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın işi haqqında suala cavab verərək deyib:
"İndi biz ziddiyyətli bir vəziyyət müşahidə edirik. Bir tərəfdən Ermənistan rəhbərliyi Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sonrakı demarkasiyası prosesinə başlamağa hazır olduğunu bildirir, digər tərəfdən - siyasi turbulentlik, Ermənistan müxalifəti tərəfindən revanş cəhdləri Ermənistanın Baş naziri Nikol Paşinyanın fəaliyyəti üzərinə müəyyən məhdudiyyətlər qoyur. Paşinyan eyni vaxtda üç - Amerika, Rusiya və Avropa stullarında oturmaq istəyir".
İ.Korotçenkonun fikrincə, Ermənistan üçün Azərbaycanla münasibətlər qurulması və Azərbaycanın ərazi bütövlüyünün qəti tanınması şərtilə sülh müqaviləsinin imzalanması prosesinin alternativi yoxdur.
Ekspert Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçirilmiş sammitin nəticələrinə də toxunub. O deyib: "Bütövlükdə, Brüssel sammitinin yekunlarını və razılaşmaları Azərbaycanın böyük diplomatik qələbəsi kimi qiymətləndiririk. Prezident İlham Əliyev - təcrübəli diplomat və öz addımlarını qabaqcadan ölçüb-biçən həssas siyasətçidir".
Politoloq vurğulayıb ki, Rusiyanın və Azərbaycanın birgə səyləri Ermənistanın konstruktiv yola düşməsinə, həm Üçtərəfli Bəyanat üzrə, həm də sonrakı yüksək səviyyəli razılaşmalar üzrə özünün bütün öhdəliklərini yerinə yetirməsinə imkan yaradacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
XƏBƏR LENTİ
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)





