Siyasət

Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı paylaşımlar edib - FOTO

28 May 2022 22:13
Baxış: 1 349

Qarşılaşdığı bütün haqsızlıqlara, qanunsuzluqlara baxmayaraq, qardaşım İlham Əliyevin uğurlu rəhbərliyi ilə diplomatiyada, iqtisadiyyatda, mədəniyyətdə dastan yazan, işıqlı gələcəyə doğru addımlayan Azərbaycanla fəxr edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi "Twitter" hesabında paylaşıb.

"Müharibədə də, sülhdə də Azərbaycanın yanında olmaqda davam edəcəyik", - deyə paylaşımda qeyd olunub.

Digər paylaşımda isə deyilir: "TEKNOFEST ailəsi bu günə qədər Türkiyədə son dərəcə gözəl layihələrə imza atıb. Eyni uğuru Azərbaycanda da qazanacağımıza şübhəm yoxdur. Türk dünyasının ən yeni texnologiyaları istehsal edəcək gənc nəsillərlə çığır açacaq nailiyyətlər geçəkləşdirəcəyinə ürəkdən inanıram".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.