Siyasət

Müharibənin atəşi artacaq

28 May 2022 09:16
0 Şərh     Baxış: 2 470

Ukraynanın şərqində və cənubunda aramsız, qanlı, şiddətli döyüşlər gedir. Rusiya Federasiyasının qoşunları nəyin bahasına olursa-olsun, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmaq, bununla da Ukrayna Silahlı Qüvvələrinin sözügedən məkanlardakı hərbi birləşmələrini tam mühasirəyə almaq niyyətindədir.

Rəsmi Kiyev də döyüşlərdə rusiyalıların hücumlarının qarşısını almaq və sonra da üstünlüyə nail olmaq üçün Qərbdən MLRS (Multiple Launch Rocket System), yəni reaktiv raket yaylım atəşi sistemləri istəyir.

ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukraynaya çoxlu sayda raket sistemləri göndərmək qərarına gəlib.

Ehtimal edilir ki, bunlar "M31 GMLRS" (Guided Multiple Launch Rocket System) raket sistemləridir.

Amerika "MLRS"-ləri gələn həftə elan Ukraynaya növbəti hərbi yardım paketinə daxil ediləcək.

"M31 GMLRS"-nin atəş məsafəsi, sursatdan asılı olaraq, 70 ilə 500 km arasındadır.

Belə qurğular atəşi peyklərdən düzəldən idarə olunan raketlərlə təchiz oluna bilər.

Pentaqon cümə günü bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya MLRS tədarükü ilə bağlı hələ yekun qərar qəbul etməyib. Amerika mediası qeyd edir ki, Ağ Ev bəlkə də münaqişənin genişlənməsinə səbəb olmamaq üçün hələlik tədarüklər elan etməyib.

ABŞ Ukraynaya MLRS tədarükü ilə bağlı hələ yekun qərar verməyib. Eyni zamanda, Vaşinqton və Kiyev silah göndərilməsi məsələsində daim ünsiyyətdədir.

Bunu Pentaqon sözçüsü Con Kirbi deyib.

"Biz bilirik ki, ukraynalılar özəl və açıq şəkildə MLRS tələb edirlər. Mən hələ qəbul edilməmiş qərarları qabaqlamayacağam", - Kirbi vurğulayıb.

Qeyd edək ki, Ukrayna hakimiyyəti uzun müddətdir ki, MLRS çoxsaylı buraxılış raket sistemləri göndərməyi xahiş edir. Bu sistemlə 300 kilometrə qədər məsafədə hədəfləri vurmağa imkan verəcəklər.

Daha öncə CNN MLRS-in tədarükü ilə bağlı qərarın elan oluna biləcəyi barədə məlumat yayıb.

Hazırda Ukraynada hərbi əməliyyatlar teatrında Rusiya reaktiv yaylım atəşləri sistemləri (RYAS) baxımından üstünlüyə malik olduğundan ukraynalı hərbçilər çox böyük problemlərlə qarşılaşıblar.

Rusiyanın rəsmi strukturları və xüsusilə də mediası bəyan edir ki, Qərbin Ukraynaya RYAS verməsi Moskvada çox ciddi qıcıq yarada bilər. Səbəb sadədir: Qərb istehsalı olan RYAS-lar taktiki-texniki xüsusiyyətlər baxımından Rusiyanın analoji sistemlərindən dəfələrlə üstündür və 300 km-dək məsafədə hədəfləri böyük dəqiqliklə vururlar.

Lakin əvvəlcə NATO ölkələri, sonra da ABŞ bu dezinformasiyanı qətiyyətlə təkzib edərək Ukraynaya RYAS-lar verilə biləcəyini istisna etmədilər.

Ukraynanın RYAS-larla təmin edilməsi ilə bağlı hazırda Pentaqon "Lockheed Martin Corporation" korporasiyası ilə danışıqlar aparır, istehsalın artırılaraq əlavə sistemlərin Ukraynaya göndərilməsinə çalışır.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.