Qarabağdan əlavə BU ƏRAZİLƏR DƏ QAYTARILIR - Gözlənilən BAŞ VERDİ
"Bu görüşün digərlərindən əsas fərqi, digər görüşdə artıq tərəflərin daha qətiyyətli olması və razılaşdırılan məsələləri icra etməyə daha həvəsli olmasıdır. Çünki daha əvvəllər də əslində, bu məsələlər razılaşdırılmışdı".
Bunu Milli.Az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.
O bildirib ki, Son Brüssel görüşünü kifayət qədər uğurlu hesab etmək olar:
"Birinci Brüssel görüşündə Zəngəzurdan dəmiryolu xəttinin açılması, ikinci Brüssel görüşündə isə sərhədlərin delimitasiya-demarkasiyası və sülh komissiyalarının yaradılması razılaşdırılmışdı. Amma burada əsasən də xarici qüvvələrin təzyiqi ilə müəyyən problemlə mövcud idi. Çünki Ermənistan tərəfi bunları yerinə yetirməkdən müəyyən qədər imtina etməyə çalışırdı. Çünki Paşinyan hakimiyyəti üzərinə həm daxildə "Qarabağ klanı"ndan etirazçıların, həm də xaricdən, xüsusən də Rusiya tərəfdən çox güclü etirazlar var idi və bunu Rusiya tərəf açıq şəkildə həm Paşionyanı Moskvaya çağırırdı, həm də ki, mümkün qədər Avropa İttifaqının bu vasitəçilik missiyasını kölgəyə salmağa, onun əhəmiyyətsiz olmağa, bölgədə yeganə qərarın yenə Rusiya tərəfindən verildiyini və yeganə vasitəçiliyin ancaq Rusiya tərəfindən edildiyini bildirməyə çalışırdı.
Amma sonuncu görüşdə bəlli idi ki, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı öz şikayətini bildirəndə artıq o, Moskvanın dediklərini deyil, Avropa İttifaqının dediklərinə qulaq asacaq. Elə də oldu. Son Brüssel görüşü kifayət qədər uğurlu bir görüş oldu. Artıq delimitasiya-demarkasiya ilə bağlı komissiyalar elan olunub, Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verdi. Artıq onun üzərində işlər gedir. Bu görüş əslində, əvvəlki iki görüşdə ümumi razılaşdırılan məsələlərin təsdiq olunması və həyata keçirilməsi görüşü oldu deyə bilərik.
Burada daha bir maraqlı məqam odur ki, bizdə komissiyaların tərkibi ilə tanışlıq zamanı əlavə bir komissiya da sırf sərhədyanı rayonlarla bağlı oldu. Biz düşünürük ki, burada sadəcə Qarabağın sərhədyanı rayonları - Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan deyil, eyni şəkildə Qazax, Ağıstafa, Tovuz və s. rayonlarının olması onu deməyə əsas verir ki, Qazaxın işğalda olan 7 kəndinin və bitişik ərazilərin də qayıtması məsələsi gündəlikdədir.
Çünki üç komissiya var: komissiyalardan biri sırf sərhədyanı kəndlərə aiddir və burada Qarabağda müzakirə mövzusu olmayan rayonların rayonların da icra başçıları da əlavə olunub. Bu komissiyada isə su təsərrüfatı ilə bağlı qurumların olması çox əhəmiyyətlidir. Çünki yaxın gələcəkdə, - su, bilirsiniz, benzindən də baha olacaq, - dünya su qıtlığı ilə üzləşəcək və su komissiyasının olması Azərbaycanın gələcəkdə içməli su ilə və suvarma üsulu ilə təminatıyla bağlı gələcək problemləri, qorxuları aradan qaldıracağına xidmət edəcəyini düşünürəm".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)
-
Qızılca sürətlə yayılır: Nyu-Yorkda fövqəladə vəziyyət
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Dünya bazarında neft bahalaşdı
-
Bakıda ev və torpaqlar bahalaşdı - Ən çox qiymət hansı rayonda artıb?
-
Paytaxtın 19 küçəsində tıxac var
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu
-
Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq





