Siyasət

Mavritaniya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

23 May 2022 11:40
Baxış: 442

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvani Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan, dost Azərbaycan xalqına böyük tərəqqi və firavanlıq arzulamaqdan məmnunluq duyuram.

Dost xalqlarımızın mənafelərinə xidmət etmək üçün ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafı naminə səylərimizi davam etdirmək niyyətimizi bir daha ifadə edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.