Siyasət

“Müdafiə qüvvələri Qərb silahları ilə silahlandırılır” - Qərargah rəisi

17 May 2022 22:31
0 Şərh     Baxış: 983

Ukrayna ordusunun ərazi müdafiə qüvvələrinin döyüşçülərinin sayı təxminən 110 min nəfər təşkil edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna ərazi müdafiə qüvvələrinin baş qərargah rəisi Sergey Sobko bildirib. O, qeyd edib ki, müdafiə qüvvələri artıq yerli istehsal olan, eləcə də Ukraynanın Qərb tərəfdaşlarının tədarük etdiyi silahların qəbuluna başlayıblar. Əlavə edib ki, bu silahlara pulemyotlar, tank əleyhinə sistemlər, minaatanlar, zenit-raket sistemləri (manpad) və.s. daxildir.

Sergey Sobko bildirib edib ki, təkcə bu gün - mayın 17-də 700 könüllü ərazi müdafiə qüvvələrinə qoşulub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.