Siyasət

Çavuşoğlunun “Bozqurd” işarəsinə görə səfir təyinatını təxirə saldılar

5 May 2022 08:02
0 Şərh     Baxış: 3 025

Uruqvay Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun aprelin 24-də ona etiraz edən ermənilərə "Bozqurd" işarəsi göstərməsinə görə yeni qərar qəbul edib. Belə ki, sol partiyaların ittifaqı olan "Frente Amplio"nun tələbi və bütün partiyaların dəstəyi ilə Hüqo Kayrusun səfir təyin edilməsi Senat tərəfindən təxirə salınıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, müxalifət senatorlarından Liliam Keçiciyan ötən həftə "El Pais" qəzetinə açıqlamasında Türkiyə və Ermənistana eyni vaxtda səfir təyin edəcəklərini deyib.

Senatın iclasında Keçiciyan verilən qərarların Kayrusun şəxsiyyəti ilə heç bir əlaqəsi olmadığını vurğulayıb.

Səs verən 25 deputatın hamısının səsi ilə sənəd Uruqvay parlamentinin yuxarı palatasının Beynəlxalq Əlaqələr Komitəsinə geri göndərilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.