Rusiya hərbçiləri Lvov vilayəti ərazisinə raket zərbələri endirib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksım Kozitski məlumat verib.
Lvov meri Andriy Sadovy da "Facebook"da yazıb ki, partlayış səsləri vilayət mərkəzində eşidilib.
O əlavə edib ki, şəhərin bir hissəsində elektrik enerjisi kəsilib.
Bildirilib ki, Mayın 3-ü axşam saatlarında Ukraynanın əksər vilayətlərində hava həyəcan siqnalı verilib.
Milli.Az