Rusiya Lvova raket zərbələri endirdi

3 May 2022 22:36

Rusiya hərbçiləri Lvov vilayəti ərazisinə raket zərbələri endirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksım Kozitski məlumat verib.

Lvov meri Andriy Sadovy da "Facebook"da yazıb ki, partlayış səsləri vilayət mərkəzində eşidilib.

O əlavə edib ki, şəhərin bir hissəsində elektrik enerjisi kəsilib.

Bildirilib ki, Mayın 3-ü axşam saatlarında Ukraynanın əksər vilayətlərində hava həyəcan siqnalı verilib.

Milli.Az