Siyasət

Co Bayden yenə çaşdı

3 May 2022 20:17
0 Şərh     Baxış: 1 338

ABŞ prezidenti Co Bayden Ağ Evdə müsəlmanlar üçün müqəddəs Ramazan bayramına həsr olunmuş tədbirdə çıxışı zamanı səhvə yol yerib. O, Delaver ştatından "ilk prezident" olduğunu demək əvəzinə "ilk senator" olduğunu söyləyib.

Milli.Az bildirir ki, C.Bayden deyib: "Bizdə Delaver ştatından çox senator olmayıb. Balaca ştatdır. Əslində, hələ indiyədək biri də olmayıb".

Xatırladaq ki, Cozef Bayden tam 36 il sərasər Delaver ştatından senator olub.

Yəqin ki, o, bu ştatdan indiyədək kimsənin ABŞ prezidenti olmadığını və ya ştatdan son onillərdə sadəcə, onun senator seçildiyini demək istəyib.

Qeyd edək ki, bu, ABŞ prezidentin ilk belə yanlışlığı deyil. Bundan öncə o, bir neçə dəfə öz vəzifəsini vitse-prezidentlə səhv salıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.