Siyasət

Ukraynada döyüşən italiyalı futbolçu yaralanaraq vətəninə qayıdıb

3 May 2022 08:42
0 Şərh     Baxış: 1 012

İtaliyanın bir neçə futbol klubunda qapıçı kimi çıxış etmiş İvan Luka Vavassori əcnəbilərdən ibarət könüllü legionun tərkibində Ukraynada döyüşərək yaralanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, İvan Luka Rusiya hərbçilərinin hücumunun qarşısını almağa kömək edib.

O, bu yaxınlarda Mariupoldan insanların təxliyəsi ilə məşğul olub və Rusiya hərbçilərinin atəşinə məruz qalıb. Futbolçu ilə əlaqə uzun müddət mümkün olmayıb, sonra isə onun yaralı olduğu üzə çıxıb. Vavassori sağ qalıb və İtaliyaya qayıtmağa qərar verib.

"Mənim üçün kifayət edir. Geri qayıtmaq vaxtıdır, daha irəli getməyə hazır deyiləm. Düşünürəm ki, kömək etmək üçün əlimdən gələni etdim, Ukrayna xalqına vaxtımdan və həyatımdan bir pay verdim. Amma indi xoşbəxt olduğum yerə qayıdıram.

Getdiyim vaxtdan çox şey dəyişdi. Ancaq əminəm ki, Allahın köməyi ilə məqsədlərimə çatacam", - İvan instaqram hesabında yazıb.

Vavassori İtaliyanın "Alçone", "Lenyano", "Pro Patriya" klublarında çıxış edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.