Siyasət

Duma ABŞ-a cavab verdi

28 Aprel 2022 08:02
0 Şərh     Baxış: 614

Dövlət Duması ABŞ-ın Rusiyanın terroru himayə edən ölkələr siyahısına daxil edilməsi ilə bağlı fikirlərini qiymətləndirib.

ABŞ-ın Rusiyanı terrorizmi maliyyələşdirən ölkə kimi tanıması Vaşinqtonun dialoqun dayandırılması istiqamətində atdığı addım olacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Adalbi Şxaqoşev deyib.

"ABŞ-ın dünyada terrorizmi dəstəkləyən ölkələrin siyahısını tərtib etməsi saxta hesab olunur", - deyə deputat bildirib.

Onun sözlərinə görə, əgər ABŞ həqiqətən də Rusiya Federasiyasını belə siyahıya salmaq istəsə, bu, Moskva ilə dialoqun dayandırılması istiqamətində növbəti addım kimi qiymətləndiriləcək.

Bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Vaşinqton Rusiyanı terrorizmi himayə edən ölkələr siyahısına daxil etməyi düşünür.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.