Siyasət

“NATO müdafiə xəttini Cənubi Çin dənizinə keçirmək istəyir” - Lavrov

26 Aprel 2022 08:23
0 Şərh     Baxış: 828

"ABŞ və NATO açıq şəkildə alyansın müdafiə xəttini Cənubi Çin dənizinə keçirməyi planlaşdırır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Onlar açıq şəkildə bəyan edirlər ki, NATO-nun istədiyini etmək hüququ var. Onlar bir bəyanatda "NATO müdafiə ittifaqıdır, qorxmayın. NATO-nun Təhlükəsizliyi heç kim narahat etmir" açıqlamasını vermişdir.

Stoltenberq bütün dünyada, o cümlədən Hind-Sakit Okean regionunda təhlükəsizlik üçün qlobal məsuliyyət daşıdığı bəyanatını da verə bilər", - deyə Lavrov Birinci Kanalın "Böyük oyun" proqramında deyib.

Nazir bildirib ki, təhlükəsizlik üçün nəyin lazım olduğuna müstəqil qərar veririlir. Rusiyanın baş diplomatı bildirib ki, Alyans
müdafiə xəttini Cənubi Çin dənizinə qədər artırmağı düşünür.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.