Siyasət

Almaniyanın hərbi büdcəsi 2 milyard avro artırılacaq

16 Aprel 2022 08:52
0 Şərh     Baxış: 702

Almaniyanın hərbi büdcəsi 2 milyard avro artırılacaq.

Bunu Almaniyanın maliyyə naziri Kristian Lindner tviterdə yazıb.

Nazir qeyd ki, bu məbləğin təxminən 400 milyon avrosu Ukrayna üçün silah alan Avropa Sülh Fondu üçün nəzərdə tutulub. Digər xərclərin bir hissəsi Kiyevə və digər ölkələrə ikitərəfli təchizatlara yönəldiləcək.

Bu barədə daha əvvəl Almaniya hökumətindəki mənbəyə istinadən "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, Almaniya kansleri Olaf Şolts Kiyevə kömək məqsədilə yeni hərbi texnikaya əlavə 2 milyard avro xərcləmək niyyətindədir.

Almaniyanın xarici işlər naziri Annalena Burbok da Kiyevin ağır silahlara ehtiyacı olduğunu vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.