Siyasət

Mariupolda 22 minə yaxın insan həlak olub

12 Aprel 2022 23:03
0 Şərh     Baxış: 897

Rusiyanın hərbi əməliyyatları nəticəsində Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində 22 minə qədər dinc sakin öldürülüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Donetsk vilayətinin rəhbəri Pavel Kirilenko CNN-ə bildirib.

Onun sözlərinə görə, şəhərdə vəziyyət ağırdır, qurbanların sayını dəqiqləşdirmək davamlı döyüşlər səbəbindən çətinləşib.

Kirilenko Mariupolda rusların kimyəvi hücumuna da münasibət bildirib.

"Biz bilirik ki, ötən gün gecəyarı pilotsuz təyyarə indiyə qədər naməlum partlayıcı qurğunu yerə atıb, Mariupol Metallurgiya Zavodunun ərazisində olan insanlar özlərini pis hiss edib", - Kirilenko deyib.

Xatırladaq ki, dünən rus işğalçılarının Mariupola naməlum zəhərli maddə atdıqları barədə məlumat yayılmışdı.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.