Siyasət

Fransada səslərin sayılması belə həyata keçirilir

10 Aprel 2022 23:16
0 Şərh     Baxış: 1 045

Artıq Fransanın əksər ərazilərində səsvermə məntəqələri bağlanıb, səslərin sayılması proseduru başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, səsvermə bürosu sədr, 2 komissiya üzvü, bir katib və 4 sayıcıdan ibarət olur.

Komissiya üzvləri seçki zərflərini yüz-yüz qruplaşdırdıqdan sonra sayıcılara təhvil verirlər. Sayıcılardan biri bülleteni zərfdən çıxararaq ikinci şəxsə ötürür. O, səs verilmiş namizədin adını uca səslə elan edir. Digər 2 sayıcı namizədləri müvafiq vərəqdə qeyd edir.

Sayılma başa çatdıqdan sonra akt tərtib olunaraq məntəqə sədri tərəfindən imzalanır və yuxarı instansiyaya göndərilir.

Sayıcılar həm seçki məntəqəsi tərəfindən təyin oluna, həm də könüllülük prinsipi ilə işə cəlb edilə bilərlər. Burada əsas tələb onların səsvermə hüququnun olması və səslərin sayılmasında iştirak etdikləri məntəqədə seçici kimi qeydiyyatda olmalarıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.