Siyasət

ABŞ Ukraynaya daha çox silah verəcək

10 Aprel 2022 19:33
0 Şərh     Baxış: 708

ABŞ Ukraynanı sahil müdafiə sistemləri ilə təmin etmək üçün tərəfdaşları ilə işləyir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün CNN telekanalına müsahibəsində ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib:

"Biz tərəfdaşlarla işləyirik ki, Ukraynanı Qara dənizdəki təhlükələri neytrallaşdırmaq üçün istifadə edə biləcəyi müdafiə sistemləri ilə təmin edək".

Bloomberg-in məlumatına görə, Sallivan həmçinin bildirib ki, Vaşinqton Kiyevə silah tədarükünü artırmaq planı üzərində işləyir və Ukrayna hərbçilərinin ölkədən kənarda təlim keçmək imkanlarını araşdırır:

"Siz indicə sahilyanı müdafiə sisteminin spesifik versiyasına malik olan Britaniya tərəfdən eşitdiniz ki, onlar onu Ukraynaya tədarük etmək niyyətindədir. Biz bu məsələdə Britaniya tərəfi ilə sıx işləyirik.

Sallivan həmçinin bildirib ki, Vaşinqton Kiyevə silah tədarükünü artırmaq planı üzərində işləyir və Ukrayna hərbçilərinin ölkədən kənarda təlim keçmək imkanlarını araşdırır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.