Siyasət

Ukrayna hərbçiləri Rusiyanın dörd tankını və bir helikopterini vurublar

9 Aprel 2022 08:07
0 Şərh     Baxış: 738

Ukrayna hərbçiləri Rusiyanın daha dörd tankını və bir helikopterini vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Vostok" əməliyyat-taktiki qrupunun feysbuk səhifəsində bildirilir.

"50 nəfərə qədər şəxsi heyət, 4 tank, 1 piyadaların döyüş maşını, 1 zirehli döyüş maşını, 3 artilleriya sistemi, 1 helikopter məhv edilib", - məlumatda deyilir.

UNİAN-ın məlumatına qədər, aprelin 8-nə qədər Ukrayna qırıcıları 19 minə yaxın rus hərbçisini məhv edib. Bundan əlavə, 700 tank və 2 minə yaxın zirehli döyüş maşını vurulub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.