Siyasət

Ukraynanın Dövlət Himni dəyişir

2 Aprel 2022 08:48
0 Şərh     Baxış: 928

Ukrayna Ali Radası Dövlət Himninin mətninə dəyişikliklərlə bağlı iki qanun layihəsini qeydiyyata alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qanun layihələrinin mətnləri parlamentin saytında yerləşdirilib.

Qanun layihəsinin müəllifi qeyd edir ki, mətndə "Ukrayna qalib gələcək" ifadəsi ukraynalılar üçün vacibdir.

"Dövlət himninin ilk iki sətirinin yeni versiyası 24 fevral 2022-ci ildən bəri bütün Ukrayna uğrunda birləşənlərin mübarizəsini və nə yaşadığını aydın şəkildə göstərir", - deyə bildirilib.

Qanun layihəsinin qəbulu Ukrayna dövlətinin, onun xalqının və millətinin inkişafında yeni tarixi mərhələnin başlanğıcıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.