Siyasət

Azərbaycan XİN İsrailə başsağlığı verib

31 Mart 2022 11:16
Baxış: 815

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsraildə baş verən terror hücumlarını pisləyib.

Bu barədə XİN-in "Twitter" səhifəsində yazılıb.

"Biz İsraildə günahsız insanların ölümünə səbəb olmuş terror hücumlarını kəskin pisləyirik. Azərbaycan terrordan əziyyət çəkib və bunun hər bir formasını pisləyir. Biz hücum nəicəsində həyatını itirmiş şəxslərin ailələrinə, İsrail hökumətinə və xalqına başsağlığı veririk", - bəyanatda deyilir.

Qeyd edək ki, son bir həftə ərzində İsrailin müxtəlif şəhərlərində baş vermiş hücumlar nəticəsində 10-a yaxın şəxs həlak olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.