Siyasət

MN-dən “Müharibə veteranı” adı verilməyən şəxslərlə bağlı AÇIQLAMA

28 Mart 2022 19:55
Baxış: 1 382

Son günlər vətəndaşların sosial şəbəkələr vasitəsi ilə "Müharibə veteranı" adının verilməsi ilə bağlı yayımlanan müraciətlərinə Müdafiə Nazirliyi cavab verib.

Nazirlikdən Milli.Az-a bildirilib ki, bəzi şəxslər "Müharibə veteranı" adının verilməsi ilə bağlı tələblərini sosial şəbəkələrdə yayımlamaqla ictimaiyyəti çaşdırmağa və aidiyyəti qurumlara sosial təsir göstərməklə məsələnin həllinə nail olmağa çalışırlar.

"Bildiririk ki, səfərbərliklə cəlb edilən bəzi vətəndaşlar tamamlama məntəqələrində olduqları üçün birbaşa döyüş əməliyyatlarında iştirak etmədiklərinə görə onlara "Müharibə veteranı" adının verilməsi Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun deyil.

Qeyd edək ki, bu mövzu ilə bağlı vətəndaşlardan daxil olan bütün müraciətlər əsasında məlumatların araşdırılması və qeydlərin düzgünlüyünün dəqiqləşdirilməsi işi davam etdirilir", - MN-dən qeyd edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.