Siyasət

Çexiya Ukraynaya sülhməramlı missiya göndərə bilər

26 Mart 2022 08:32
0 Şərh     Baxış: 564

Çexiya Ukraynaya sülhməramlı missiya göndərmək təklifini dəstəkləyir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu bəyanatla Çexiyanın xarici işlər naziri Yan Lipavski çıxış edib.

Çexiyalı nazir, həmçinin Rusiya Federasiyasına qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb.

Lipavski bildirib ki, sülhməramlı qüvvələr sülhü təmin etmək və hərbi əməliyyatlar aparmaq üçün göndərilmir.

Nazir qeyd edib ki, əsas məsələ Ukraynaya dəstək və Rusiyaya qarşı maksimum məhdudlaşdırıcı tədbirlərin görülməsidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.