Siyasət

ABŞ Rusiyanın G20-dən çıxarılması ilə bağlı mövqeyini açıqlayıb

24 Mart 2022 22:39
0 Şərh     Baxış: 950

ABŞ Prezidenti Cozef Bayden Rusiyanın G20-dən çıxarılması ilə bağlı fikirlərini bölüşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, dövlət başçısı qeyd edib ki, bu, təşkilatın özündən asılıdır. Baydenin sözlərinə görə, G20-nin növbəti sammitinə Rusiyanın əvəzinə Uklraynanı dəvət etmək lazımdır.

Daha əvvəl bildirilib ki, ABŞ Rusiyanın beynəlxalq qurumlardan, xüsusən də G20-dən mümkün xaric edilməsi imkanlarını araşdırır və bunu müttəfiqləri, tərəfdaşları ilə müzakirə edəcək. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib ki, Rusiya artıq həmişə olduğu kimi beynəlxalq institutlarda və beynəlxalq birlikdə iştirak edə bilməz. ABŞ konkret qurumlar və konkret həll yolları ilə bağlı müttəfiqləri ilə məsləhətləşmək, hər hansı əlavə bəyanatlar verməzdən əvvəl həmin qurumlardakı tərəfdaşlarımızla məsləhətləşmək istəyir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.