Siyasət

Rusiyanın enerji oyunu üzə çıxdı - VİDEO

24 Mart 2022 08:00
0 Şərh     Baxış: 2 390

Qazaxıstan neftinin Rusiyadakı boru xəttindəki baş verən qəza səbəbindən Avropaya nəqli dayandırılıb. Ancaq bu görünən səbəbdir. Digər səbəbi isə Rusiyanın oyunudur.

Bu barədə "Haber Global" süjet hazırlayıb.

Bildirilir ki, Qazaxıstan nefti və təbii qazının Avropaya ixracı təhdid altındadır. Ölkənin ən böyük neft boru xətti qəzaya görə işləmir. Rəsmi açıqlamaya görə, Novorossisyk şəhəri yaxınlığındakı Xəzər Boru Kəməri Konsorsiumu qəza nəticəsində zədələnib. Tankerlərin sahildən boşaldılması hissəsində problem yaranıb. Həmin hissənin təmir işləri davam edir.

Həmçinin süjetdə qeyd edilib ki, Azərbaycan illər əvvəl Qazaxıstan hökumətinə Azərbaycan ərazisindən enerji xammalı ixrac etməyi təklif edib. Qazaxıstan həmin dövrdə Rusiyaya güvənərək bu təklifi qəbul etməyib. İndi isə Qazaxıstanın enerji qaynaqlarına ən çox ehtiyac duyulan vaxtda Rusiya ortağını pis vəziyyətdə qoyub.

Daha ətraflı süjetdə:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.