Siyasət

Aqşin Mehdiyev BMT Baş Assambleyasının xüsusi plenar iclasında çıxış edib

7 May 2010 10:06
Baxış: 159
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin press relizində deyilir. Nəzərdə tutulmuş tədbirlər çərçivəsində BMT-nin qərərgahında müharibə mövzusunda kinofilmlər nümayiş etdirilib, "Biz bir yerdə qələbə çaldıq" adlı foto-sərgi təşkil olunub, Azərbaycan və digər MDB iştirakçı ölkələrindən olan ifaçıların iştirakı ilə təntənəli konsert keçirilib.

6 may tarixində BMT Baş Assambleyasının xüsusi plenar iclasında Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Aqşin Mehdiyev çıxış edib. Azərbaycanın diplomatik missiyasının rəhbəri çıxışında faşizm üzərində qələbəyə nail olmaq üçün ölkəmizin verdiyi töhvəni qeyd edib, həmçinin, müharibə illərində cəbhədə yüz minlərlə həmyerlimizin savaşdığını və onlardan təxminən beş yüz mininin qələbə naminə həyatlarını qurban verdikləriini bildirib. A.Mehdiyev diqqəti Bakının neft istehsalı üzrə dünya mərkəzlərindən biri olaraq, müharibə zamanı Sovet ordusunun neftə olan tələbatının təxminən 70%-ini ödədiyinə yönəldib. O, deyib ki, 1941-1945-ci illər ərzində beş yüz mindən artıq yaralı Azərbaycan tibb müəssisələrində müalicə alıb.

A.Mehdiyev həmvətənlərimizin göstərdiyi qəhrəmanlıq və igidliyə görə ən yüksək dövlət mükafatlarına layiq görüldüklərini vurğulayıb.

Azərbaycanın daimi nümayəndəsi təəssüflə qeyd edib ki, beynəlxalq ictimaiyyətin bəzi nümayəndələri tarixin acı dərsindən bu günədək nəticə çıxarmayıb və beynəlxalq hüququn prinsip və normalarıını pozmağa və dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət etməməyə davam edirlər.

Eyni zamanda A.Mehdiyev beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında, insan hüquqları və əsas azadlıqlarının müdafiəsində BMT-nin vacib rolunu vurğulayıb və BMT səmərəliliyinin gücləndirilməsinin zəruriliyini qeyd edib.

Həmin gün İkinci Dünya Müharibəsində Qələbənin 65 illiyi münasibəti ilə təşkil edilmiş rəsmi ziyafətdə BMT Baş katibi, digər beynəlxalq təşkilatların rəhbərləri, BMT-yə üzv dövlətlərin daimi nümayəndələri, müharibə veteranları, ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

/Trend/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.