Siyasət

Ukrayna Belarusla dəmir yolu əlaqəsini kəsib

19 Mart 2022 23:16
0 Şərh     Baxış: 651

"Hazırda Belarus və Ukrayna arasında dəmir yolu əlaqəsi yoxdur".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Ukrzaliznitsa" ("Ukrayna Dəmir Yolu") ASC-nin idarə heyətinin rəhbəri Aleksandr Kamışin bildirib.

O, Belarus dəmiryolçularına müraciət edərək Rusiya texnikası ilə Ukraynaya doğru qatar sürməmək çağırışı edib.

Belarus Nəqliyyat Nazirliyi Rusiyanın Ukraynaya hərbi hücumu fonunda fevralın 24-də Ukrayna ilə yük dəmir yolu əlaqəsinin dayandırıldığını bildirib. Koronavirus pandemiyası səbəbindən ölkələr arasında sərnişin dəmir yolu əlaqəsi dayandırılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.