Siyasət

Rusiya ordusu paraşütçülərin kazarmalarını bombaladı

19 Mart 2022 09:00
0 Şərh     Baxış: 1 278

Ukraynanın Nikolayevi şəhəri Rusiya ordusu tərəfindən bombalanıb.

Eyni vaxtda Xerson vilayətinin də atəşə məruz qalması Nikolaevdə həyəcan siqnalının işə düşməməsinə səbəb olub.

Nikolayev meri Aleksandr Senkeviç bildirib ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinə məxsus 79-cu hava desant-hücum briqadasının kazarmalarını atəşə tutub.

"Bizim hava hücumu xəbərdarlığımız yox idi, çünki Xerson rayonundan hücuma məruz qalmışdıq və sadəcə olaraq xəbərdarlıq sistemini işə salmağa vaxtımız yox idi. Bombardman sürətli baş verdi",- deyə rəsmi şəxs bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.