Siyasət

“Rusiya ilə danışıqların dördüncü raundu ağır keçir” - Podolyak

17 Mart 2022 23:28
0 Şərh     Baxış: 934

"Rusiya ilə danışıqlar ağır keçir, tərəflərin mövqeləri fərqlidir".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofis rəhbərinin müşaviri Mixail Podolyak tviter səhifəsində yazıb.

"Tərəflərin mövqeləri fərqlidir. Bizim üçün prinsipial məsələlər toxunulmazdır", - Prezidentin Ofis rəhbərinin müşaviri vurğulayıb.

"Danışıqlar prosesinin içərisində olmayan fəal şərhçilərə yumşaq şəkildə məsləhət vermək istəyirəm. Ciddi mübarizə aparan ölkədə yalanlarınızı yaymayın", - M.Podolyak qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.