Avropa İttifaqı Rusiyanı iqtisadi cəhətdən təcrid etmək üçün dördüncü sanksiyalar paketini hazırlayır.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ-nin Versal sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
"Biz Rusiyanı bazarlarımızda "ən əlverişli ölkə" statusundan məhrum edəcəyik. Bu, Rusiyanın ÜTT üzvü kimi əldə etdiyi mühüm üstünlükləri ləğv edəcək", - deyə Leyen qeyd edib.
Milli.Az